Ölkə 11:40 18.03.2019

Nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.