Ekonomiks 17:58 28.06.2019

Nazir qadın məmura yeni vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Asəf Ömərov işdən çıxıb. 

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, onu Esmira Lətifova əvəz edib.

Yeni şöbə müdiri uzun müddətdir ki, nazirlikdə çalışır. O, Kanadada magistr dərəcəsi alıb, heyvandarlıq sahəsində İsrail, Niderland və digər Avropa ölkələrindən beynəlxalq seminarlarda və təlimlərdə iştirak edib.