Nazir Rasim Balayevin görüşə çağrılmamasından danışdı:

Nazir Rasim Balayevin görüşə çağrılmamasından danışdı: "Üzr istəyirəm..."

"Prezidentlə növbəti görüşdə digər mədəniyyət xadimləri də iştirak edə biləcəklər"

"Bu formatda keçirilən görüşdə hansısa mədəniyyət və ya incəsənət xadimi kənarda qalbsa, onlardan üzr istəyirəm. Növbəti dəfə bu mütləq nəzərə alınacaq".

Qaynarinfo "report"-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

"Xalq artisti Rasim Balayevə yaxşı münasibət bəsləyirəm və uzun illərdir ki, aramızda dostluq münasibətləri var"- deyən nazir qeyd edib ki, Prezidentlə görüşə bütün mədəniyyət və incəsənət xadimlərini dəvət etmək mümkün deyildi.

Nazir bildirib ki, mütəmadi şəkildə həmin insalara hansısa formada söhbətlər olur: "Açıq söhbətin aparılmasına həmişə şərait var. Gələn görüşdə digər mədəniyyət xadimləri də iştirak edə biləcəklər. Çünki dövlət başçısı da belə görüşlərin keçirilməsinə maraqlıdır". 

""Parni iz Baku" kollektivinin fəaliyyəti..."

Əbülfəs Qarayev "Parni iz Baku"ya efir qadağası qoyulması ilə bağlı məsələyə də münasibət bildirib:

"Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik".

Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur. 

O qeyd edib ki, onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar: "Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır". 
 
XƏBƏRLƏR
BLOGLAR