Ölkə 23:53 10.03.2020

Nazir: "Tətilə görə müəllimlərin maaşında heç bir problem olmayacaq"

"Azərbaycan qanunvericiliyə əsasən, bu kimi hallarda işçinin günahı olmadan hər hansı fasilə yaranırsa, əmək haqqının verilməsi qaydası nəzərdə tutulub"

Qaynarinfo xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-də çıxışı zamanı deyib.

Nazir çıxışında dərslərin dayandırılmasına görə, müəllimlərin, məktəbdə çalışan işçilərin maaşlarla bağlı maraqlandıran suala da aydınlıq gətirib:

"İşçilərin maaşlarının vaxtında ödənilməsi ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyduğu ən ümdə məsələdir. Buna görə də maaşların hesablanması və ödənilməsi ilə bağlı hesab edirəm ki, heç bir problem olmayacaq".