Siyasət 15:24 19.03.2013

Nazirdən Van-İrəvan aviareysi ilə bağlı açıqlama

“Van-İrəvan aviareysini açılması ilə bağlı Türkiyənin Azərbaycandakı səfiri tərəfindən bir neçə dəfə açıqlama verilib. Bildirilir ki, bu aviareys özəl şirkət tərəfindən təşkil edilir, özəl şirkət biznes qurur. Biz onun açıqlamalarını Türkiyənin rəsmi mövqeyi kimi qəbul edirik”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Van şəhəri ilə İrəvan arasında aprelin əvvəllərində birbaşa hava reysinin açılmasının nəzərdə tutulmasına münasibət bildirərkən deyib.

 “Sərnişin olacaq, yoxsa olmayacaq, bu başqa məsələdir”, - deyə nazir vurğulayıb.

Qaynar.info