Ölkə 17:27 04.06.2018

Nazirlər Kabinetində ixtisara düşən və düşməyən şöbə müdirləri (SİYAHI)

Nazirlər Kabineti Aparatında dəyişiklik edilib.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.

Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb.

Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib.

Həmçinin Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb.

Struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb:

1. Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov;
2. Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov;
3. Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev;
4. Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov;
5. Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə;
6. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev.

Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar:

1. Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev;
2. Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur;
3. Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski;
4. Baş nazirinin köməkçisi - Natiq Əzizov;
5. Baş nazirinin köməkçisi - Sabir Bayramov;
6. Hüquq şöbəsinin müdiri - Günəş Vəliyeva
7. Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov;
8. Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov;
9. Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev;
10. Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə;
11. Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - təyinat yoxdur;
12. Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev;
13. Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov;
14. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva;
15. Mətbuat xidmətinin rəhbəri - Akif Əli;
16. İşlər müdiri - Süleyman Şəfiyev