Ölkə 17:08 05.12.2019

Nazirlər Kabinetində yeni təyinatlar

Nazirlər Kabinetinin (NK) Aparatında yeni təyinatlar olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, NK Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə Feyruz Mustafayev təyin edilib.

Baş Nazir Əli Əsədovun digər sərəncamı iilə Fəxri İsmayılov Baş Nazirin köməkçisi təyin olunub.