Nazirlər Kabinetindən qərar: Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Nazirlər Kabinetindən qərar: Bu şəxslər məsuliyyətə cəlb olunacaq

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR