Nazirlik qarşısında soyunan jurnalist azad edildi (VİDEO)
Kanal 8-in jurnalisti Teymur Kәrimov sәrbәst buraxılıb.
Qaynarinfo Yeni Sabah-a istinadən xəbər verir ki, bu barәdә mәlumat verәn jurnalistin özü deyib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәb anasının müalicәsinә pul çatdıra bilmәdiyini deyәn jurnalist mayın 18-dә Sәhiyyә Nazirliyinin qarşısında aksiya tәşkil etmişdi.
Aksiyadan polis tәrәfindәn Nәsimi Rayonun 20-ci polis bölmәsinә sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparılan jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini soruşublar vә izahat yazdırıblar. "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər