Texnologiya 20:33 04.10.2021

Nazirlik sosial şəbəkələrdəki problemlə bağlı açıqlama yaydı (YENİLƏNİB)

"Facebook”, "WhatsApp”, "Instagram” kimi beynəlxalq platformalara girişdə problem yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır.

***
Azərbaycanda sosial şəbəkələrin işində problem yaranıb.

Qaynarinfo xəbər verir ki, istifadəçilər "Facebook”, "Instaqram” sosial şəbəkələrinə giriş edə, "Whatsap” tətbiqindən istifadə edə bilmirlər.

Problemin səbəbi hələlik məlum deyil.