Ölkə 16:35 01.06.2018

Nazirlikdə kadr dəyişikliyi: polkovnik-leytenant işdən çıxarldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi olub.

Qaynarinfo azvision.az-a istinadən xəbər verir ki, Şəki Penitensiar Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Sadıxov Murtuz Müqbil oğlu tutduğu vəzifədən azad edilib.

Onun yerinə kimin təyin edildiyi hələlik məlum deyil.

Penitensiar Xidmətdən bildirilib ki, təyinatla bağlı rəsmi əmr çıxdıqdan sonra mətbuata məlumat veriləcək.