Ölkə 15:46 08.02.2019

Nazirlikdə yeni təyinatlar: 2 xanım jurnalistə vəzifə verildi (FOTO)

Jurnalistlər Aynur OsmanqızıGülnar Əzizovaya yüksək vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbri Fazil Talıbov məlumat verib.

Qurum rrəsmisi bildirib ki, Aynur Osmanqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə, Gülnar Əzizova isə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, hazırki vəzifəsinə qədər A.Osmanqızı "Report" İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında "Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.
 

Aynur Osmanqızı


Gülnar Əzizova