Ölkə 10:30 13.06.2018

Nazirlikdən açıqlama: Tarlada zəhərlənənlərin vəziyyəti necədir?

Saatlının Sırmada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 18 nəfər evlərinə buraxılıb.

Bu barədə Qaynarinfo-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə vəziyyəti ağır olan və Respublika Toksikologiya Mərkəzinə gətirilən 4 nəfərin isə vəziyyəti stabildir:

"Saatlıda olanların heç bir problemi yoxdur. Vəziyyətləri yaxşı olduğu üçün evlərinə buraxılıblar. Burada olan 4 nəfərin də vəziyyəti artıq stabilləşib və inşallah yaxın gündə onlar da evlərinə buraxılacaqlar".
 
Qeyd edək ki, iyunun 10-da Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, 2-sinin vəziyyəti normal olduğu üçün həmin gün evə buraxılmış, vəziyyəti ağır olan 4 nəfər isə Bakıya, Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilmişdi.
 
Çingiz Səfərli