Ölkə 13:51 08.07.2020

Nazirlikdən baş epidemioloqun istefası ilə bağlı açıqlama

Səhiyyə Nazirliyi Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin vəzifədən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, İbadulla Ağayev öz ərizəsi əsasında vəzifəsindən azad edilib:

"İ.Ağayev Səhiyyə Nazirliyində ictimai əsaslarla çalışırdı. İşdən azad olunması üçün ərizə yazıb. Öz istəyinə uyğun olaraq, tutduğu vəzifəsindən azad olunub. Hələlik həkimin yerinə heç bir təyinat yoxdur”.