Maqazin 11:59 03.06.2019

Nazpəri Dostəliyeva müflis oldu

Xalq artisti Nazpəri Dostəliyeva alınmayan biznesindən bəhs edib.

Qaynarinfo "X maqazin"ə istinadən xəbər verir ki, iş xanımı olmaq onluq deyil:

"Biznes haqda düşünmürəm. Özümü və əzizlərimi idarə edəcək gücüm var. Gələcəyi bilmək olmaz. Amma indi "durum biznes yaradım" fikri məndə yoxdur.

Bir dəfə əl atdım biznesə, gördüm ki, üstündə durmalıyam. Sənət adamı yalnız sənətində olmalıdır. Məsuliyyətli adam öz sənətinin üstündə ciddi dayanmalıdır. Ticarət mənlik deyil .

İstəsəydim olardı. O qədər sənətimə bağlandım ki... Biznesi kənara qoydum".