İdman 15:48 08.12.2021

NBA-nın bombardirinə ağır diaqnoz qoyuldu

NBA komandalarından "Portland Trail Blazers"in bombardiri CJ Makkollum xoşagəlməz xəbər alıb.

Qaynarinfo NBA-nın saytına istinadən xəbər verir ki, basketbolçuya ağciyərin bükülməsi diaqnozu qoyulub. Açıqlamada, kompüter tomoqrafiyası ilə yoxlamalar nəticəsində sağ ağciyərində ciddi problem olduğu aşkarlanan ABŞ-dan olan 30 yaşlı basketbolçunun meydanlara qayıdacağı tarixin qeyri-müəyyən olduğu bildirilib.

Keçən həftə sonu "Boston Celtics"ə 145-117 hesabı ilə uduzduqları qarşılaşmanın son hissəsində zədələnən basketbolçu oyunu davam etdirə bilməyib.

Makkollum bu mövsüm "Portland Trail Blazers"də orta hesabla 20,5 xal, 4,1 ribaund və 4,5 assistlə yadda qalıb. 

Səbuhi Həsənov