Nəcməddin Sadıkov beynəlxalq konfransda iştirak edib

Nəcməddin Sadıkov beynəlxalq konfransda iştirak edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Beynəlxalq Konfransda iştirak edib

"Qaynarinfo" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Nyu York şəhərində (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında keçirilmiş “Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı”nda iştirak edib.

Konfransda BMT-nin sülhməramlı qüvvələrinin inkişafı, qüvvələrin çevik yerləşdirilməsi, təlimlər və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb, o cümlədən BMT-nin Sülhməramlı Əməliyyatlar və Səhra Dəstəyi İdarələrinin rəsmiləri ilə görüşlər keçirilib.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR