Ötən həftə "Azeri Light” (CIF), "Azeri Light” (FOB Ceyhan), "Dated Brent” və "Urals” markalı neftin orta qiymətləri artıb.
Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən "Azeri Light” (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 9.3 ABŞ dolları və ya 12 faiz artaraq 86.99 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 91.50 ABŞ dolları, minimal qiyməti isə 81.29 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 83.44 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 8.47 ABŞ dolları və ya 11,3 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 87.57 ABŞ dolları, ən aşağı qiymət isə 78.36 ABŞ dolları olub.
"Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6.48 ABŞ dolları və ya 14.5 faiz artaraq bir barel üçün 51.16 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 53.90 ABŞ dolları, minimal qiymət isə 46.93 ABŞ dolları olub.
"Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 81.93 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 7.99 ABŞ dolları və ya 10.8 faiz çoxdur. Həftə ərzində bir barel üçün maksimal qiymət 84.66 ABŞ dolları, minimal qiymət isə 77.32 ABŞ dolları olub.
Şərhlər