Ölkə 17:54 25.02.2020

Neft Daşlarında dalğanın hündürlüyü 3,8 metrə çatır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya bildirilib ki, fevralın 25-i saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19, Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları, Pirallahıda 23, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.