Dünya 15:46 15.12.2017

Neft inqilabı: kanalizasiyadan biodizel

İngiltərədə kanalizasiyadan yığılan yağ kənar maddələrdən təmizlənir və ətraf mühitə zərər verməyən biodizel əldə edilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, kanalizasiyada yığılan yağ, palçıq və digər maddələr müəssisəyə aparılaraq neft halına gətirilir və biodizel əldə edilir. 

İngiltərədə yerləşən bu müəssisədə il ərzində 90 milyon lirt biodizel istehsal edilir. Bu miqdar ölkədə 2016-cı il ərzində istehlak edilən biodizel miqdarından daha böyükdür.

Gülşən