Bu gün Topaz Premyer Liqasında VIII tur yekublaşıb. "Qaynarinfo" xəbər verir ki, turun son oyununda "Neftçi” "Səbail”lə üz-üzə gəlib.
İlk dövrədə minimal hesabla uduzduğu rəqibi məğlub etmək Tərlan Əhmədovun komandasının turnir cədvəlində irəliləməsini şərtləndirə bilərdi ki, "ağ-qaralar" bunun öhdəsindən gəlib. İlk qələbəsini ötən tur qazanan "Neftçi" bu dəfə rəqibini darmadağın edib - 4:0.
Hesabı 17-ci dəqiqədə Iqnasio Herrera açıb. 32-ci dəqiqədə Uqo Barqas fərqlənib. 65-ci dəqiqədə Rəhman Hacıyev fərqi 3 topa çatdırıb. 77-ci dəqiqədə isə Barqas dublunu rəsmiləşdirərək oyunun yekun nəticəsini müəyyənləşdirib. "Neftçi" matçın son dəqiqələrini azlıqda keçirib. Belə ki, Derlis Meza Kolli 84-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, "Səbail" təsəlli qolunu vura bilməyib.
Qeyd edək ki, turun digər oyunlarında "Zirə" "Kəpəz"i 3:0, "Qarabağ" "İnter"i 2:0, "Qəbələ" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.
Premyer Liqa
II dövrə, VIII tur
15 oktyabr
Səbail - Neftçi 0:4
Qollar: İqnasio Herrera,17. Uqo Barqas, 32; 77. Rəhman Hacıyev, 65.
Qırmızı vərəqə: Derlis Meza Kolli, 84.
Bakı. "Dalğa Arena”.
№ | Klub | O | Q | H/H | M | T/F | X | |
1 | Qarabağ | 7 | 6 | 1 | 0 | 14:3 | 19 | |
2 | Zirə | 8 | 5 | 3 | 0 | 15:5 | 18 | |
3 | Qəbələ | 8 | 5 | 1 | 2 | 11:8 | 16 | |
4 | Sumqayıt | 8 | 3 | 1 | 4 | 8:11 | 10 | |
5 | İnter | 8 | 2 | 2 | 4 | 7:11 | 8 | |
6 | Neftçi | 8 | 2 | 1 | 5 | 9:9 | 7 | |
7 | Səbail | 7 | 2 | 0 | 5 | 4:12 | 6 | |
8 | Kəpəz | 8 | 1 | 1 | 6 | 5:14 | 4 | |
Bombardirlər | Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə), Riçard Qadze (Zirə) - 4. |
Şərhlər