İdman 19:30 01.06.2013

“Neftçi” Böyükağa Hacıyevlə müqavilə bağladı


“Neftçi” baş məşqçisi Böyükağa Hacıyevi komandada saxlamağa qərar verib. Qaynar.info xəbər verir ki, klub rəhbərliyi çalışdırıcı ilə yeni müqavilə imzalayıb.

Təcrübəli mütəxəssis ən azı növbəti mövsümün sonunadək komandada qalacaq. Tərəflər müqavilənin müddətini məhz bir illik artırmağa qərar veriblər.

Qeyd edək ki, “Neftçi” Hacıyevin rəhbərliyi altında iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb, eləcə də Avropa Liqasının qrup mərhələsinə çıxıb.

Qaynar.info