İdman 18:42 15.10.2018

"Neftçi" dünya çempionatının iştirakçısını baxışa çağırdı

"Neftçi” baxışa yeni futbolçu dəvət edib.

Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, qvineyalı Mamadu Kane paytaxt təmsilçisinin düşərgəsinə qoşulub.

21 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Qvineyanın "Kaloum Star” klubunun üzvü olan Kane bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, "Neftçi"nin məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqqında müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.