İdman 09:56 30.12.2013

“Neftçi” “Fənərbaxça” ilə qarşılaşacaq


“Neftçi” klubunun qış hazırlıq çərçivəsində keçirəcəyi daha bir yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Komandadan apasport.az saytına verilən xəbərə görə, “ağ-qaralar” Türkiyə toplanışı çərçivəsində “Fənərbaxça” ilə qarşılaşacaq.

 “Neftçi” İstanbul nəhəngi ilə “Mardan” stadionunda üz-üzə gələcək. Oyun yanvarın 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu matç “Fənərbaxça” üçün Antalya toplanışında sonuncu olacaq. Matçdan sonra komanda İstanbula qayıdacaq.
 
Qeyd edək ki, “Neftçi” Antalyada Qazaxıstanın “Aktobe” və Albaniyanın “ Partizani” klubları ilə də görüşəcək.

Qaynar.info