"Neftçi" kapitanı ilə yollarını ayırdı (VİDEO)

"Neftçi" kapitan Ruslan Abışovla yollarını ayırıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ruslan Abışov komandanın yetirməsidi. 2003-2012-ci illərdə "ağ-qara" formanı geyinən futbolçu sonrakı illərdə 2012-2017-ci illərdə ardıcıl olaraq "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter"də oynayıb. 31 yaşlı futbolçu 2017-ci ildə doğma komandasına dönüb. 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR