İdman 23:00 21.01.2022

"Neftçi" Pato ilə müqavilənin detallarını açıqladı

"Neftçi” qış fasiləsində növbəti transferini reallaşdırıb.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Pato ilə 2,5 illik müqavilə bağlanıb. 20 yaşlı futbolçu 77 nömrəli formanı geyinəcək.
 
"İnternasional”ın (2020-2021; 6 oyun, 1 qol) yetirməsi olan Pato, "Ponte Preta” (icarə, 2020; 33 oyun, 4 qol) və "Kuyaba”da (2021, 9 oyun) çıxış edib.
 
Bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilov transfer olunmuşdu.
 
Səbuhi Həsənov