İdman 15:19 01.09.2020

"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri müəyyənləşdi

"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi II təsnifatda Türkiyənin "Qalatasaray" klubunu mübarizədən kənarlaşdırsa, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi qalibi ilə üz-üzə gələcək. 

Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək. 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.