İdman 18:42 31.08.2020

"Neftçi" - "Qalatasaray" oyununun başlama saatı açıqlandı

"Neftçi"nin Avropa Liqasının ikinci təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə oyununun başlama saatı müəyyənləşib.

Qaynarinfo Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, görüş sentyabrın 17-də olacaq.