İdman 09:10 17.09.2020

"Neftçi" "Qalatasaray"a qarşı

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Flaqman Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaq.

Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr

20.00 Neftçi - Qalatasaray (Türkiyə) 
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Qeyd edək ki, I raundda Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə "Renova” (Şimali Makedoniya) - "Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.