İdman 11:59 11.05.2019

"Neftçi"dən "Qarabağ" azarkeşlərinə "jest": Bilet 50 manata...

Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qarabağ”ı qəbul edəcək "Neftçi” oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

Qaynarinfo klubun rəsmi "facebook” səhifəsinə istinadən xəbər verir ki, qiymət bütün sektorlara 50 manat təşkil edir. İndiyə qədər biletlərin 1-5 manat arası dəyişdiyini nəzərə alsaq, oyuna biletlərin bu qədər yüksək qiymət qiymətə satışa çaıxarılması çoxlu suallar yaradır.

Qeyd edək ki, bu gün "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Matç bitəndən sonra mükafatlandırma mərasimi keçiriləcək. Çempionluq kubokunu başı üzərinə qaldıracaq "Qarabağ” qızıl, "Neftçi” gümüş, "Səbail” isə bürünc medal alacaq.