Video 18:20 24.02.2019

"Neftçi" "Səbail"ə uduzdu (VİDEO)

Topaz Premyer Liqasında XVIII turunda lider "Neftçi" 3-cü pillənin sahibi "Səbail"i qəbul edib.

Qaynarinfo xəbər verir ki, bir gün əvvəl "Sabah"la matçda büdrəməsi "ağ-qaralar"ın fərqi yenidən 3 xala artırmaq imkanı yaratmışdı. Amma "Neftçi" nəyinki fərqi artıra bilib, hətta vahid liderliyi də əldən verib. 

"Səbail"in ilk yarıda vurduğu iki qola ikinci hissədə bir qolla cavab verən "ağ-qaralar" məğlub olub.

Qeyd edək ki, "Neftçi" 38 xalla "Qarabağ"la birlikdə 1-25ci pillələri tutur. "Səbail" isə 30 xalla 3-cüdür.
 
Premyer Liqa
III dövrə, XVIII tur

24 fevral
Neftçi - Səbail 1:2
Qollar: Baqali Dabo, 56 - Kevin Kubemba, 35. Yevgeni Koçuk, 43.
"Bakcell Arena".