Video 21:26 08.04.2018

"Neftçi" və "Qəbələ" 1 xala razılaşdı (VİDEO)

Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulub.
 
Qaynarinfo xəbər verir ki, iki qarşılaşma baş tutub. Hər iki qarşılaşmalarda avrokuboklara mübarizə uğrunda yarışan komandalar qarşılaşıb.

Əvvəlcə 7 oyundu qələbə qazanmayan "Zirə” "Qəbələ”ni qəbul edib. İstefası gündəmdə olan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk qələbə ilə 3-cü sıranı qaytarmaq, Roman Qriqorçukun komandası isə ardıcıl iki heç-heçədən sonra 3 xal qazanmaq arzusunda idi. 90 dəqiqə ərzidə iki qol vurulub və komandalar meydanı bir xalla tərk edib. Beləliklə, "Zirə"nin qələbə həsrəti 8 oyuna çatıb, "Qəbələ" ardıcıl 3-cü matçda meydanı "sülh"lə tərk edib.

Həftənin son matçında "Neftçi” və "Sumqayıt” üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən rəqiblər durumlarını yaxşılaşdırmaq üçün qalib gəlməli idi. 5 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə məhz "Sumqayıt”a yenilmişdi. Samir Abasovun komandası isə 2018-ci ilin ən yaxşısıdı və 9 oyundu məğlub olmurdu. Bu oyunda da qalib müəyyənləşməyib - 2:2. Beləliklə, "Neftçi" məğlubiyyətsiz oyunlar seriyasını 6-ya, "Sumqayıt" 10-a çatdırıb.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Qarabağ" "Səbail"ə qalib gəlib (1:0), "Kəpəz" - "Keşlə" matçında qalib müəyyənləşməyib (1:1). 

Premyer Liqa
IV tur, XXII tur 

8 aprel
Zirə - Qəbələ 1:1
Qollar: Milan Duriç, 53-pen - Stiven Monroz, 78.
Zirə İdman Kompleksinin stadionu.


Neftçi - Sumqayıt 2:1
Qollar: Mirabdulla Abbasov, 45. Namiq Ələsgərov, 63 - Rəşad Eyubov, 41. Cavid İmamverdiyev, 79.
"Bakcell Arena".

 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

22

16

5

1

32:8

53

2

Qəbələ

22

12

5

5

36:22

41

3

Sumqayıt

22

10

6

6

29:24

36

4

Zirə

22

9

8

5

29:21

35

5

Neftçi

22

9

4

9

28:24

31

6

Səbail

22

5

3

14

14:31

18

7

Keşlə

22

4

6

12

19:34

18

8

Kəpəz

22

3

3

16

14:37

12

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.