İdman 09:55 08.09.2020

"Neftçi" Yunanıstan millisinin futbolçusunu transfer edir

"Neftçi" Yunanıstan millisinin üzvünü transfer etmək istəyir. 

Qaynarinfo "Newspao" nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi "Panatinaikos"un formasını geyinən Dimitris Kolovosla maraqlanır. Yunanıstan klubu 27 yaşlı hücumameyilli yarımmüdafiəçini yeni mövsüm üçün heyətdə düşünmür və onu icarəyə vermək istəyir. 

Qeyd edək ki, Dimitris Kolovos karyerası ərzində Yunanıstanın "Panionios", "Olimpiakos", Belçikanın "Mexelen", Niderlandın "Villem II" və Cənubi Kiprin "Omoniya" klublarına çıxış edib. 2019-cu ildən "Panatinaikos"da forma geyinən futbolçu ötən mövsüm oynadığı 23 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Yunanıstanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Dimitris Kolovos 2014-cü ildən çağırıldığı A millidə 9 oyun keçirib və 1 qol vurub.

"Transfermarkt" ona 500 min avro qiymət qoyub.