Azərbaycanın bir qrup neftçisi koronavirus epidemiyası ilə bağlı vətəndaşlara "Evdə qal” çağırışı ilə müraciət edib.
Qaynarinfo xəbər verir ki, SOCAR tərəfindən hazırlanan videoçarxda neftçilər vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər.
"Biz sizlərin rahatlığı üçün bu gün iş başındayıq, siz də bizimçün, öz sağlamlığınızı qorumaq üçün evdə qalın, sağlam qalın”, - çağırışda deyilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər