İdman 12:57 04.05.2019

"Neftçi"nin qapısına Premyer Liqadan transfer təklifi

Milli komandamızın və "Neftçi"nin qapıçısı Səlahət Ağayev karyerasını ölkə xaricində davam etdirə bilər.

Qaynarinfo xəbər verir ki, qolkiper Qazaxıstan Premyer Liqasından təklif alıb. Qazaxıstanın sports.kz saytına açıqlama verən futbolçunun meneceri Vaqif Heydərli xəbəri təsdiq edib.

"Bəli, Qazaxıstandan təklif bir təklif var. Bağışlayın, amma bunun hansı klub olduğunu deyə bilmərəm" deyə menecer bildirib.

Qeyd edək ki, "Neftçi" rəhbərliyi komandanın son dövrlər uğursuz çıxışına görə Səlahəti günahlandırıb və qolkiper mövsümün sonunadək əvəzedici komandaya göndərilib.