Ekonomiks 23:17 02.10.2017

Neftin qiyməti 56 dollara düşdü

Oktyabrın 2-də bütün gün ərzində dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 21:05-ə olan məlumata görə, “Brent” markalı neftin dekabr fyuçersinin 1 barreli 56,03 dollara satılıb.

Bu göstərici bazar ertəsi səhər qeydə alınmış rəqəmdən 0,76 dollar, yaxud 1,34% aşağıdır.

Qaynarinfo.Az