Xəbər lenti

Neftin qiyməti sürətlə düşməkdə davam edir
Ekonomiks 20:20 13.11.2018

Neftin qiyməti sürətlə düşməkdə davam edir

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.

"Report” xəbər verir ki, London birjasında "Brent” markalı xam neftin yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, 1,74% azalaraq 68,90 dollar/barel olub. Bu, cari ilin aprel ayının 9-dan bəri minimum qiymətdir.

Nyu-York birjasında WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti 1,92% geriləyərək 58,78 dollar/barel təşkil edib. Bu isə fevralın 14-dən bəri ən aşağı qiymətdir.

Neftin qiymətinin azalmasının sürətlənməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları və bu gün OPEC-ın aylıq hesabatını açıqlaması ilə əlaqələndirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->