Dünya xammal bazarında ticarət sessiyasının əvvəlində neft qiymətlərində artım müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, auksiona görə, Bakı vaxtı ilə 6.45-də Şimal Dəniz Brent markalı neftin tədarükünə dair müqavilə 5.45% artaraq bir barelə görə 26.1 dollara çatıb. Qərbi Texas WTI markalı neftin bir bareli bu dəfə 3,7% bahalaşaraq 21,10 dollar olub.
Xatırladaq ki, bir gün əvvəl Rusiya ixracatının əsas əmtəəsi olan Urals markalı neftin orta qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə enərək bir barrel üçün 29,17 dollar olduğu bildirilmişdi.
Alpər
Şərhlər