Ölkə 12:18 26.09.2020

Nəqliyyatın şənbə-bazar məhdudiyyətinin heç bir məntiqi yoxdur - Professor

"Şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyəti bərpa olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Bakıda şənbə-bazar günlərində nəqliyyatın işinin dayandırılması ilə bağlı qərardan danışarkən deyib. Onun sözlərinə görə, ictimai nəqliyyatda qayda-qanun yaradılsa, əhali heç bir problem yaşamaz:

"Guya ictimai nəqliyyatda adi günlərdə olan vəziyyəti bilmirlər? Nəqliyyatın şənbə-bazar günlərinin işləməməyinin heç bir məntiqi yoxdur. Camaat bundan çox əziyyət çəkir. İctimai nəqliyyatda qayda-qanun yaradılsa, bununla bağlı heç bir problem yaşanmaz. Hesab edirəm ki, şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti tam bərpa olunmalıdır".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, bu gün Nazirlər Kabineti Yanında Operativ Qərargah bununla bağlı qərarını açıqlayacaq:

"Biz də heç bir məlumat yoxdur. Operativ Qərargah bu gün qərarını açıqlayacaq".

Bahar Rüstəmli