Maqazin 17:20 04.02.2018

Nərgiz: "İstəyirəm ərə gedim"

Xalq artisti Firəngiz Mütəllimovanın aktrisa bacısı Nərgiz Mütəllimova "Zaurla Günaydın" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktrisa bildirib ki, onunla ailə qurmaq istəyənlər çoxdur:

"Məni sevən var, hətta elçi də gəlmişdi. Amma o qədər təkliyə öyrəşmişəm ki, kişiylə bir evdə qala bilmərəm. Düşünürəm ki, yaşım keçib. Amma arada ailə istəyirəm. O gün Firəngizə də deyirəm ki, istəyirəm ərə gedim".