Sənət 10:29 24.01.2017

Nərmin Kamalın yeni kitabı çapdan çıxıb - FOTO

Yazıçı Nərmin Kamalın esselərdən ibarət "Küçədən Keçən Adam" kitabı  kitabı "Alatoran" nəşriyyatından çapdan çıxıb. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı "Alatoran" nəşriyyatının direktoru Rasim Qaraca "facebook" sosial şəbəkəsində yayıb.

R.Qaraca bildirib ki, bu kitab içərisində olduğumuz zamanı dərk etmək, mübarizə aparmaq, həyatını dəyişmək, yenidən qurmaq istəyənlər üçündür.

Kitabı Bakının kitab dükanlarından - Nizami adına Ədəbiyyat Muzeyinin altındakı kitab dükanından, Kitabevim.az kitab marketindən (28 may metrosu və Dəmiryol Vağzalının yanında yerləşir), "Bakitab" dükanından (Mərkəzi Univermaq və Şahmat məktəbinin yanında yerləşir) almaq mümkündür. Kitab həmçinin bazar ertəsindən etibarən "Ali&Nino" kitab dükanlarında satışda olacaq.

Qeyd edək ki, Nərmin Kamal "Umberto Eco cə Postmodernizm fəlsəfəsi", "Aç mənəm" kitablarının müəllifidir.

Aydın

Qaynarinfo.Az