Dünya 14:09 24.01.2018

Nəsli tükənmiş virus canlandırıldı

Kanadanın Alberta Universitetinin mütəxəssisləri XX əsrdə 300-500 milyon insanın ölümünə səbəb olmuş suçiçəyi xəstəliyi ilə əlaqəli virusu yenidən canlandırıblar.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, insan üçün təhlükəli olmadığı bildirilən virusdan suçiçəyi peyvəndinin hazırlanmasında istifadə olunacaq. Lakin bəzi mütəxəssislər məsələyə şübhəli yanaşırlar. Bildirilir ki, yeni virus kütləvi şəkildə çoxaldıla, epidemiya yaymaq üçün istifadə edilə bilər.

Gülşən