Sənət 21:27 30.03.2019

Nəsrin Cavadzadə Yevlaxa gəldi

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ölkəmizə qısamüddətli səfərə gəlib.

Dünən Azərbaycana gələn aktrisa bu gün Yevlaxa yollanıb.

Məlumata görə, o, hazırda "ARB Aran” kanalının yazıçı İsmayıl Şıxılının 100 illiyinə həsr etdiyi filmin çəkilişlərində iştirak edir.

N.Cavadzadənin bir neçə gün Azərbaycanda olacağı bildirilir. ("Qafqazinfo”)