Video 16:53 17.05.2018

Netanyahudan "toyuq rəqs"i (VİDEO)

İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision 2018" mahnı müsabiqəsinin qalibi Netta Barzilai ilə birgə kamera qarşısına keçib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsinin ardından Fəsələtində dinc sakinlərin qətlinə razılıq verən baş nazirin səhnədə rəqs etməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə paylaşılan videoda Netanyahu tənqidlərə məruz qalıb.

Qeyd edək ki, qarşıdurmalar zamanı 62 fələstinli öldürülmüş və 3000-ə yaxın insan isə yaralanmışdı.