Dünya 13:04 13.12.2018

Netanyahunun cinsi zorakılıqda ittiham edilən sözçüsü istefa verdi

İsrailin baş naziri Benyamin Netanyahunun beynəlxalq mətbuat sözçüsü David Keyes istefa verib.

Qaynarinfo xəbər verir ki, Keyes Nyu Yorkdan ABŞ Senatına seçilən Culia Salazara qarşı cinsi zorakılıqda ittihamdan sonra vəzifəsindən getmək məcburiyyətində qalıb. Baş nazir sözçünün istefasını qəbul edib.

Qeyd edək ki, David Keyesə digər 11 qadın da oxşar ittihamlar irəli sürüb.

Gülşən