Foto 17:10 09.06.2019

"Netflix" serialı istefalara səbəb oldu (FOTOLAR)

"Netflix" tərəfindən çəkilən "When They See Us" serialı istefalara səbəb olub.

Qaynarinfo xəbər verir ki, serial 1989-cu ildə baş verən zorlama hadisəsindən bəhs edir. Həmin il Nyu Yorkdakı "Central Park"da qaçışa çıxan Trişa Ellen Meyli təcavüzə məruz qalmışdı. Hadisədə 14-16 yaşlı gənclər Raymond Santana, Antron Makkrey, Kevin Riçardson, Yusif Salaam, Kori Vays ittiham edilmiş, onların DNT-ləri Trişa Ellenin bədənində tapılmamasına baxmayaraq 6-13 il müddətinə azadlıqdan məhrum edilmişdilər. 2002-ci ildə başqa cinayətə görə həbs edilən Matias Reyes Trişa Ellen Meylini zorladığını etiraf etmiş və gənclərin günahsız olduğu üzə çıxmışdı. "Central Park beşlisi" kimi tanınan gənclər bu hadisədən sonra 40 milyon dollar təzminat aldılar.

"When They See Us" serialı 30 il əvvəl baş vermiş hadisəni yenidən gündəmə gətirib. Məhkəmədə yer almış hakimlərdən biri olan Linda Feyəstayn əleyhinə 100 imza toplanıb və o, rəhbərlik etdiyi 2 təşkilatdan istefa vermək məcburiyyətində qalıb. Yanlış hökmün verilməsində iştirak edən digər şəxslərin də cəzalandırılması gözlənilir. 

Gülşən