Dünya 17:19 11.09.2018

Baş nazirin həyat yoldaşı vəfat etdi

Pakistanın sabiq baş naziri Nəvaz Şərifin həyat yoldaşı Gülsüm Nəvaz Londonda dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, ötən ildən bəri xərçəng xəstəliyindən əziyyət çəkən Gülsüm Nəvaz son günlərdə ürək və ağciyərindəki problem səbəbilə komaya düşmüşdü. Gülsüm Nəvaz 14 iyunda infarkt keçirmişdi. 

Qeyd edək ki, korrupsiya və rüşvətxorluqda ittiham edilən Nəvaz Şərif və qızı Məryəm Nəvaz ötən aylarda onlara verilən həbs cəzasını çəkmək üçün İngiltərədən Pakistana geri qayıdıb.

Gülşən