Dünya 10:40 10.08.2020

NEXTA xəbər yaydı: Lukaşenko ölkədən qaçıb

Belarusda dünənki gündən bu yana prezident Aleksandr Lukaşenko hələ də ictimaiyyət qarşısına çıxmayıb. 

Qaynarinfo xəbər verir ki, sonuncu dəfə o, ictimaiyyət qarşısına dünən seçki məntəqəsində səsvermə zamanı çıxıb. Belarus mətbuatı onun Minskdən getdiyinə dair məlumatlar yaymağa başlayıb.

Bundan əlavə müxalifətin ən güclü yayım orqanlarından biri olan NEXTA Teleqram kanalı da Lukaşenkonun EW-301PJ bort nömrəli təyyarəsinin Minski tərk etdiyini bildirib. 

Təyyarənin eniş nöqtəsinin Türkiyənin Bodrum Milas hava limanı olduğu vurğulanıb.  Lukaşenkonun təyyarəsinin Bodruma Ukrayna, Rumıniya, Bolqarıstan üzərindən keçməklə uçduğu qeyd olunub.
 
Alpər