Video 13:49 28.04.2019

Neymar azarkeşi vurdu (VİDEO)

Fransa Kubokunun finalında "Renn"ə uduan PSJ-nin futbolçusu Neymar azarkeşlə dava edib.

Qaynarinfo xəbər verir ki, fanatlardan biri telefonla məyus halda mükafatlandırma mərasiminə gedən Paris klubunun futbolçularını videoya çəkib.

Lakin bu Neymarın xoşuna gəlməyib. Braziliyalı ulduz əvvəlcə onunla mübahisə edib, sonra isə sifətinə zərbə endirib.

Qeyd edək ki, "Renn"lə PSJ arasında keçirilən Fransa Kubokunun oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Renn" qalib gələrək (6:5) tarixində 3-cü dəfə kuboka sahib çıxıb.