İdman 18:52 29.01.2018

Neymar bu tarixdə "Real"a transfer olunacaq (İDDİA)

"Real"a keçəcəyi deyilən Neymarla bağlı daha bir iddia səslənib. 

Qaynarinfo xəbər verir ki, braziliyalı futbolçuya yaxınlığı ilə tanınan və onun PSJ-yə transfer olunacağı ilə bağlı ilk xəbəri yazan jurnalist Ulisses Kosta maraqlı açıqlama verib.

Braziliyalı jurnalist bildirib ki, Neymar "Real"ın formasını geyinəcək: "PSJ-nin Çempionlar Liqasında çıxışını dayandırdığı an Neymar "Real"a transfer olunacaq və yenidən İspaniyada oynayacaq".